Xəbər və Tədbirlər
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual yarışa yekun vuruldu
- 25 May 2018
- Posted by: redaktor
- Category: Tədbirlər

Qazax rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax rayon Gənclər və İdman İdarəsi, Qazax rayon Təhsil şöbəsi, “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Qazax Olimpiya İdman Kompleksi MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Nə?”, “Harada?” və “Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyinə yekun vuruldu.
25 may 2018-ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində keçirilən ikinci turun oyunlarında 16 komanda iştirak etdi və turun yekunlarına görə müstəqil “Sweet House” komandası, Qazax şəhər Q.Hacımahmudova adına əsas məktəbin “Qızıl” komandası və BDU Qazax filialının “Çanaqqala qaziləri” komandası finala vəsiqə qazandılar.
Final yarışmasında hamıdan çox xal toplayan “Sweet House” komandası I yerə, Qazax şəhər 2 saylı tam orta məktəbin “Stronsium” komandası II yerə və Qazax şəhər 1 saylı tam orta məktəbin “Vurğun” komandası III yerə layiq görüldülər.
Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I, II, III yeri tutan komanda üzvləri isə müvafiq diplomlarla təltif olundular.