Xəbər və Tədbirlər
Gənclər Fondunun təşkilatçılığı ilə region təşkilatlarının görüşü keçirildi
- 10 Sentyabr 2018
- Posted by: redaktor
- Category: Tədbirlər

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 7-8 sentyabr tarixlərində Mingəçevir şəhərində Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovun və Fondun Müşahidə Şurasının üzvlərinin iştirakı ilə Azərbaycanın regionlarında fəaliyyət göstərən gənclər təşkilatlarının toplantısı keçirildi.
#BİRLİKDƏ şüarı altında keçirilən görüş çərçivəsində Gənclər Fondunun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun XI Qrant müsabiqəsi barədə ətraflı məlumat verildi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Fondun Nizamnaməsi çərçivəsində Fondun fəaliyyət istiqamətləri və vəzifələr təqdim olundu. Daha sonra, gənclər təşkilatları ilə onların regionlarda fəaliyyətləri, qarşılaşdığı problemlər və onların həll yolları təhlil edildi və təkliflər formalaşdırıldı.
Toplantının ikinci günündə gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və effektiv kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil olundu.
Qeyd edək ki, tədbirdə təşkilatımızı idarə heyətinin üzvü İsmayıl Süleymanov təmsil etmişdir.