Xəbər və Tədbirlər
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi > Layihələr > “Uğur Akademiyası” layihəsi çərçivəsində psixoloji səpkidə olan təlimlər başa çatıb
“Uğur Akademiyası” layihəsi çərçivəsində psixoloji səpkidə olan təlimlər başa çatıb
- 30 Noyabr 2019
- Posted by: redaktor
- Category: Layihələr
Şərh edilməmiş

Oxunma sayı:
26
Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyimiz “Uğur Akademiyası” layihəsi çərçivəsində üçüncü təlim keçirilib.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində “Psixoloji keyfiyyətlərin formalaşdırılması” mövzusunda reallaşan təlim psixoloq Aynur Bünyatova tərəfindən aparılıb. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş Şöbəsinin aparıcı mütəxəssisi Zaur Osmanov da iştirak edib.
Bununla da, psixoloji səpkidə olan təlimlər başa çatıb.
Qeyd edək ki, növbəti üç gün ərzində gənclərin peşə seçimi və karyera inkişafı istiqamətində təlimlər təşkil olunacaq.
Oxunma sayı:
26