Xəbər və Tədbirlər
Könüllülüklə bağlı yeni layihənin icrasına start verilib
- 06 Sentyabr 2020
- Posted by: redaktor
- Category: Layihələr

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq, 31 avqust 2020-ci il tarixdən etibarən “Könüllü ol – Könüllərdə ol” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində Qazax rayonunda könüllülərlə birlikdə Şəhidlər Xiyabanını ziyarət, 6 şəhid ailəsinə ərzaq yardımının edilməsi (#ŞəhidimİZ aksiyası), 3 tarixi abidəyə səfər (#TariximİZ aksiyası) və “Könüllü kuboku” adlı intellektual yarışmanın (#BiliyimİZ) keçirilməsi nəzərdə tutulur.
Pandemiya şəraitini nəzərə alaraq, tədbirlərdə gənclərin iştirakı (hər tədbirdə 5-6 nəfər), gigiyena qaydalarına əməl edilməsi məsələlərinə nəzarət olunacaq. Şəraitə uyğun olaraq, intellektual yarışın fərdi onlayn formatda keçirilməsi də mümkündür.
Layihənin müddəti 3 (üç) aydır və 1 dekabr 2020-ci il tarixdə yekunlaşacaqdır.
Oxunma sayı:
31