Xəbər və Tədbirlər
#BiliyimİZ aksiyası çərçivəsində “Könüllü kuboku” adlı intellektual yarış təşkil olunub
- 11 Noyabr 2020
- Posted by: redaktor
- Category: Layihələr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Könüllü ol – Könüllərdə ol” adlı layihəsi çərçivəsində tədbirlərə yekun vurulub.
#BiliyimİZ aksiyası çərçivəsində “Könüllü kuboku” adlı intellektual yarış təşkil olunub. Yarış sərt karantin rejiminin şərtlərinə uyğun olaraq, geniş tərkibdə deyil, dörd komandanın iştirakı ilə, “breyn rinq” formatında keçirilib.
Yarışın ilk qarşılaşması müstəqil “Elite” və “Şuşa” komandaları arasında keçirilib və birincilərin 4-3 hesablı qələbəsi ilə başa çatıb. Digər qarşılaşma isə “Panteon” və “Red Star” komandaları arasında gerçəkləşib (3-4)
Beləliklə, ilk turda məğlub olan “Şuşa” və “Panteon” komandaları üçüncülük uğrunda mübarizə aparıb və “Şuşa “komandası qalib gəlib. (2-1)
Final görüşü “Elite” və “Red Star” komandaları arasında keçirilib və ikincilər 4-3 hesabı ilə qələbə qazanaraq, turnirin qalibi adını qazanıb.
Qalib komanda kubokla, I, II və III yeri tutan komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunublar.
Oxunma sayı:
18