Haqqımızda

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 23 oktyabr 2013-cü il tarixdə yaradılmışdır. 31 yanvar 2014-cü il tarixdə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1114 – Q49 – 3258 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

Təsisçiləri

Süleymanova Tükəzban Mikayıl qızı

Carçıyev Elvin Rasim oğlu

Təşkilatın strukturu:

Süleymanova Tükəzban Mikayıl qızı – İdarə Heyətinin sədri

Carçıyev Elvin Rasim oğlu – İdarə Heyətinin sədr müavini

Üzvlər:

  • Süleymanov İsmayıl Siyavuş oğlu
  • Arabov Rəşad Razim oğlu
  • Məmmədov Hikmət Namiq oğlu
  • Həsənova İradə İsa qızı
  • Əhmədova Lamiyə Mikayıl qızı

Birliyin vəzifələr

Gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək;

Gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək;

Gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etmək.

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Birliyin əsas məqsədi gənclərin maariflənməsinə kömək etməkdən ibarətdir.

 Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir;

• Gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək;

• Gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək;

• Gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etmək.

 Bu  vəzifələri həyata keçirtmək üçün Birlik:

• Müxtəlif kurslar və seminarlar, idman yarışları, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir;

• Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada, mətbu nəşrlər təsis edir.

• Azərbaycan Respublikasının aidiyyatı dövlət, bələdiyyə orqanları beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Doğum tarixi

07 fevral 1985-ci il, Qazax rayonu Qaymaqlı kəndi

Ailə vəziyyəti
Ailəlidir, 2 övladı var

Təhsili
2003-2008, Gəncə Dövlət Universiteti, Tarix fakültəsi, (bakalavr,qiyabi)
1991-2002, Qazax şəhər M.Hüseyn adına internat orta məktəb

İş təcrübəsi və layihələrdə iştirak:

15.09.2018-ci ildən etibarən Qazax Dövlət Sosial-İqtisadi Kollecində “tarix” müəlliməsi vəzifəsində çalışır.

 04.10.2013 – 05.12.2013 – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə (“C” kateqoriyası üzrə) həyata keçirilən “Məcburi köçkün qızlarına İKT bilik və bacarıqlarının öyrədilməsi” adlı layihəsi (Ekspert);

 22.10.2013 – hal-hazıradək – “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri;

 01.08.2014 – 01.10.2014 – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Tarixi abidələrimizi tanıyaq” layihəsi (Layihə rəhbəri);

 01.05.2016 – 01.08.2016 – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Biz dini radikalizm və ekstremizmə qarşıyıq” adlı layihəsi (Layihə rəhbəri);

 15.07.2016 – 15.10.2017 – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Vətən üçün hazır ol!” layihəsi (Layihə rəhbəri);

 01.02.2017 – 01.05.2017 – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qan yaddaşımızı unutmayaq” layihəsi (Layihə rəhbəri)

 01.05.2017 – 01.08.2017Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Toy: adət-ənənələr haqqında maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi (Layihə rəhbəri);

 05.10.2017 – 05.01.2018Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İslam Həmrəyliyi ili: Silsilə maariləndirici tədbirlər” adlı layihəsi (Layihə rəhbəri);

 15.04.2018 – 15.07.2018Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi (Layihə rəhbəri);

01.12.2018 – 01.03.2019 – Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Şəhidliyin Adil zirvəsi” layihəsi (Layihə rəhbəri);

10.08.2019 – 10.11.2019 – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi layihəsi” (Layihə rəhbəri)

16.09.2019 – 16.12.2019 – Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Uğur Akademiyası” layihəsi (Layihə rəhbəri)

Mükafatlar