Qazax rayonun tarixi

Etimologiya

Azərbaycanda, Qazaxıstanda, Rusiyada bi çox görkəmli araşdırıcı alimlər bu sözün açımıyla bağlı həm bir-birinin üstünə düşən, həm də bir-birindən fərqli ideyalar irəli sürüblər. Azərbaycan türklərinin soykökünün yorulmaz tədqiqatçısı Mirəli Seyidovun “Azərbaycan” jurnalının 1981-ci il tarixli II sayında və “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində (1989. s.90-118) “Qazax” söz-adıyla bağlı elmi- nəzəri cəhətdən tutumlu araşdırması bu sahədə atılan mühüm addım kimi diqqəti cəlb edir.Mirəli Seyidov “Qazax” sözünün açımından bəhs edən təxminən yüzdən artıq mənbədən yararlanaraq edərək fikrini aşağıdakı kimi ümumiləşdirir: “Qazax sözü 200 ildən çoxdur ki, araşdırıcıların diqqətindən yayınmır. Hə üçün bu müddətdə “Qazax” söz-adı araşdırıcılara təslim olmamışdır? Bunun deyəsən, bir səbəbi vardır. Araşdırıcılar söz-adın ilkin mənasında deyil, bizcə, onun sonradan qazandığı mənalara image215əhəmiyyət vermişlər” (s.90). Yəni bu sözün sonradan qazılmış “elindən ayrı düşmüş”, “sərgərdan gəzən”, “ucalıq”, “sərhəd gözətçisi”, “dəli atlı”, “azad adam”, “tabe olmayan”, “yüksəklik” və s. mənaları “Qazax” sözünün ilkin, həqiqi mənasını çox mürəkkəb bir məcraya yönəldib. Mirəli Seyidov bu sözün Qazax xalqı, Don kazakları ilə oxşar adlılıq ilgisindən yan keçməyin mümkünsüz olduğuna diqqəti çəkib. O, XVIII əsr rus tədqiqatçıları N. Georgi, Y. O. Rozner, İ. V. Zasedelova və başqalarının “Don kazaklarının rus və tatar qarışığı görünüşləri var” kimi mülahizələrindən, rus knyazlarının poloveslər adlanan qıpçaqları hərbi yürüşlər zamanı icarəyə götürdükləri (s.100) haqqında tarixi həqiqətlərdən bəhs edib. Mirəli Seyidov akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” əsərindəki “ərəb müəllifi Əl-Kufiyə görə, (IX əsr) 731/732-ci ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd hərbi qərargahını Kasalda (Kazaxda) yerləşdirdi. O, Kasaldan Daryal keçidi vasitəsilə xəzərlərin diyarına hücuma keçirdi” (s.110) kimi məlumata da diqqət yetirir. Əl Kufini məlumatı, Qazaxın tarixini 732-ci ildən hesab etmək cəhdi sonradan yanlış fikirlərin meydana gəlməsinə səbəb olub. Qazaxların və xəzərlərin etnik mənsubiyyəti nəzərə alınmayıb. Ərəblərin Kasalı (Qazaxı) işğal etdikləri tarix Qazaxın yaranması tarixi kimi qeyd edilib.

2007-ci ildə nəşr olunmuş “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə  deyilir: “Qazax VII əsrdə meydana gəlmişdir. Bu toponim özündə qıpçaq mənşəli Qazax etnik birliyinin adını əks etdirir. Qazaxlar buranın qədim sakinləridir. Ancaq qıpçaqların müəyyən hissəsi buraya sonralar da gəlmişdir” (s.45). Lüğətdə “Qazax” sözünün ilkin mənasının etnonimlə bağlı olduğunun göstərilməsi məqsədəuyğundur. “Qazax VII əsrdə meydana gəlmişdir” fikri isə ərəblərin Qazaxda hərbi qərargah qurması haqqında tarixi məlumatın təkrarıdır. Qazaxların birmənalı şəkildə qıpçaq etnik birliyinə daxil edilməsi mülahizəsində də mübahisə doğuracaq məqamlar vardır. Ona görə də tarixi-etnoqrafik mənbələrdə “Qazax” söz-adı ilə bağlı fikirlərə müraciət etməyi lazım bildik. Məlum olduğu kimi, bu sözün tərkibcə, kas/kaz, kas/xaz birləşmələrindən əmələ gəldiyini Azərbaycan alimləri ilə yanaşı, digərləri də təsdiqləyiblər. Qazaxıstan alimlərindən A. Əbdülrəhmanov “Qazax” sözünün kas/sak etnonimlərinin birləşməsindən əmələ gəldiyini və xalq adını ifadə etdiyini əsaslandırmağa diqqət yetirib. “Qazax” toponiminin etnodilçilik mövqeyindən tədqiqi bu sözün həqiqi mənşəyini öyrənməkdə başlıca amil olduğunu özünü göstərməkdədir.

Görkəmli dilçi Ə. Dəmirçizadə “Kaspi” etnotoponimindən bəhs edərkən göstərir ki, bu söz tayfa adını əks etdirir. Alim daha irəli gedərək Xəzər adı ilə Kaspi adı ilə eynilik olduğunu bildirir: “Kaspilər və xəzərlər, kalar və kas/xaz-lar eyni tayfadır. Bu adlardakı “pi”, “ar” şəkilçiləri cəmlik bildirir” (Ön söz. 1968. s.29-30). Buradan aydın olur ki, Xəzər dənizinin dərinliyində tükənməz sərvətlər mövcud olduğu kimi, xəzərlər də Azərbaycan türklərinin təşəkkülündə fəal iştirak etmiş türk etnoslarından biridir. Əsrlərin dolanbaclarında itib-batmaq zorunda qalan xəzər tayfa birliyinin izlərini bu gün Bütöv Azərbaycanda daha çox rast gəlmək mümkündür. Belə izlərdən biri də “Qazax” söz-adı ilə bağlıdır.

Tarixçi Rəşid bəy İsmayılov 1923-cü ildə nəşr edilmiş “Azərbaycan tarixi”[4] əsərində yazır: “Xəzər tayfasının əxlafı olan Qazax…türkləri Qafqaz dağlarının cənub vadilərində yurd salmışdılar” (s.17). Türkiyəli alim M. F. Lırzıoğlu Qazax və Borçalıdan bəhs edərkən göstərir ki, bu iki xalq Kuman-Xəzər uruğundan sayılırlar. Ərəb tarixçisi İbn Xordadbeh IX əsrdə “Arran, Sizran, Əs-Sisakan vilayətlərini “Xəzərlər ölkəsi” kimi tanıdıqlarını qeyd edib (“Azərbaycan VII-IX əsrlərdə”, s.173). Eradan əvvəl 331-ci ildə İsgəndərin III Daranın ordusunu Qavqamel döyüşündə məğlub etməsindən bəhs edən mənbədə Cənubi Azərbaycanın skif (isgid), sakasin və Kaspiana (Xəzər) torpaqları haqqında məlumat verilir. Tarixçi Herodotun yazdığına görə, eradan əvvəl IX-VII əsrlərdə isgid tayfalarının güclü dalğası olan saklar qədim Qafqazın, Azərbaycan ərazisinin sakinləri idilər [5].

Tədqiqatçı müəllim Ayaz Əhmədov yazır ki, Ön Asiyada, Urmiya ətrafında yaşadıqları dövrdə subi (sabir), suvar adıyla tanınan tayfalar Midiya dövründə sak (şişpapaq sak) adlanan kaspilər (xəzərlər) Şimali Qafqaza və Orta Asiyaya köçməmişdən əvvəl Cənubi Qafqazda və Cənubi Azərbaycanda məskunlaşmışlar . 1728-ci ildə tərtib edilmiş “Dəftəri müfəssəli əyaləti Tiflis”də Qazaxın dörd nahiyəyə: “İncu”, “Ağstav”, “Türk” və “Suvar” nahiyyələrinə bölündüyü qeyd olunub. Deməli, Suvar (sabir) etnonimi XVIII əsrə qədər öz varlığını hifz etmiş və tariximizin təkzibedilməz şahidinə çevrilib. Bu şahidlik sak etnoniminin Qazax söz-adı ilə əlaqəsi haqqında ehtimalları gücləndirir.image306

Tarixi mənbələrdə eradan eradan əvvəl sak, skif (isgid), işğuz (oğuz), hun, xəzər, kaspi, qıpçaq, nəhayət, poloves adlanan türk tayfaları müxtəlif adlar danışasalar da bir-birilə qırılmaz tellərlə bağlı oub, bir vəhdət təşkil ediblər. Bu tayfalarla bağlı araşdırmaları nəzərdən keçirdikdə olduqca düşündürücü faktlar diqqəti cəlb edir.

Görkəmli etnoqraf Qiyasəddin Qeybullayev yazır: “Saklar (skif tayfaları) miladdan qabaq VII əsrdə Cənubi Qafqazda çarlıq yaratmışlar. Çarlığın mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi. Bibliyada Sakasena Aşkenaz (işquz-oğuz-Ə.F) adı ilə qeyd olunmuşdur.

Türklük, milli kimlik düşüncəsinin öndərlərindən olan Oljas Süleymenovun “Az i Ya”(1975)  əsərində şumer-türk dilləri arasında ilişgilərin ortaya çıxarılması etnodilçilik tarixində yeni mərhələnin başlanğıcı kimi türkologiyada sonsuz canlanmaya səbəb olub. İkiçayarası (Dəclə və Fərat) ərazidə Mesopotomiyada meydana gələn Şumer-türk dil və adət-ənənə ilişgiləri türk tayfalarının Altaylardan köç etməsi haqqında Avropa, rus, fars və başqa tarixçilərin üç əsrə yaxın bir müddətdə kök salmış “nəzəriyyələrini” kökündən sarsıdıb. Nəticədə “Eradan əvvəl Azərbaycanda, bütövlükdə Ön Asiyada konkret soy adından asılı olmayaraq türklərin məskun olması artıq heç bir şübhə doğurmur” [9] fikrinin doğulmasına zəmin yaradıb.

Antropoloq alim Kərəm Məmmədov tədqiqat nəticəsində müəyyənləşdirib ki, Azərbaycan bütün türklər üçün filtrasiya məkanı olub: “Türk irqi dünyaya Azərbaycandan yayılıb. Sibirin dərinliklərinə qədər gedib çatıb”. Alim fikrini Azərbaycan dilində tələffüz zamanı “y” səsindən daha çox istifadə edilməsini qıpçaq deyimi, sözlərin sonunda “gəleyəm”, gedeyəm” deyilməsini bulqar, “gələcəyəm”, “gedəcəyim”i isə oğuz tələffüzü kimi səciyyələndirir [10]. Göstərilən mənbələr Qazax etnotoponiminin mənşəyinin araşdırılmasında ümumtürk tarixinə istinad edilməsinin başlıca amil olduğunu ortaya qoyur.

Vaxtıyla pantürkist xofunun təsiri altında Qazax etnotoponiminin, türklük tarixini, etnolinqvistika həqiqətini nəzərə almadan tədqiq olunması bir sıra subyektiv mülahizələrin meydana gəlməsilə nəticələnib. “Azərbaycanın coğrafi adları” (1972. s.67) kitabında deyilir: “Qazax-xalq adıdır. Qazaxlılar Azərbaycana XI əsrdə köçmüşlər. Gürcüstana etdikləri hərbi xidmətə görə onlar Qazax mahalında (qəzasında) yerləşdirilmişlər”. Sovet tarixşünaslığının Azərbaycan xalqına qərəzli münasibəti tam çılpaqlığıyla bu cümlələrdə öz əksini tapır. Digər elm sahələrində də buna bənzər, yanlış, milli dövlətçiliyimizə, mənəviyyatımıza yadlığı ilə seçilən mülahizərələ rast gəlmək olur. Gürcü çarı II Georginin XI əsrdə Qazaxları Şimali Qafqazdan dəvət edərək Şərqi Gürcüstanda yerləşdirməsi haqqında fikir də həqiqətə uyğun deyildir.

Tarixçi-qorqudşünas alim Hüseynqulu Məmmədov “Dədəm Qorqud keçən yerdi bu yerlər” [11] əsərində polyak alimi İ. Şopenə əsaslanaraq qeyd olunan fikirləri təkzib edir. İvan Şopen göstərib ki, II Georgi ona yaxından kömək etdiklərinə görə Şimali Qafqazdan deyil, Qazax əyalətindən 1451 ailənin Gürcüstanda yerləşdirilməsinə nail olub. İ. Şopen 480 Qarapapaq, 98 Qafarlı, 12 Qarabağlı, 12 Əli Şərurlu və s. adlı ailəni Qərbi Gürcüstana dəvət edildiyini də yazıb. Beləliklə, tarixi-etnoqrafik və dilçilik elmlərinə dair mənbələrə əsaslanaraq zamanın müxtəlif dönəmlərində boy verib, parlamış eyni köklü türk tayfalarının etnik-genetik varisi olan qıçaq-oğuz mənşəli qazaxların ərəb işğalından minillər qabaq Cənubi Qafqazın daimi sakinləri olduqlarına şübhə yeri qalmayıb.

Azərbaycan dilinin dialekt və şivələrində, folklor örnəklərində oğuz-qıpçaq tayfalarının dil xüsusiyyətləri üst-üstə düşdüyü üçün türkoloqlar Tofiq Hacıyev və Kamil Vəliyev “Azərbaycan dil tarixi” (1983. s.36) əsərində “oğuz-qıpçaq dilləri” ifadəsini işlətməyi lazım bilməyib, “oğuz-qıpçaq dili” ifadəsini daha düzgün sayıblar. Bu mülahizə və aşağıda qeyd edəcəyimiz digər mənbələr “Azərbaycan toponimləri ensiklopedik lüğəti”ndə işlənən “qıpçaq mənşəli Qazax etnik birliyi” ifadəsinin özünü tam şəkildə doğrultmadığını göstərir. Çünki 50 milyonluq Azərbaycan türkü kimi Aran və Dağlıq Qazax da eyni soylu, eyni köklü türk tayfalarının daimi və əzəli məskəni olub.

Tarixşünaslıqda türk tayfa birlikləri birinci minilliyə qədər daha çox hun adı ilə tanınıblar. Romalı Yevseniy İveroni IV əsrdə şahidi olduğu bir hadisə haqqında yazır ki, “bütün Şərq, Qafqaz hunların hücumundan dəhşətə gəldi. Onlar İsgəndər bəndini aşaraq sasaniləri və bizansları öz təsirləri altına aldılar, Sonra Suriyanı, Misiri, Finikiyanı, Fələstini çalıb-çapıb Dərbənddən keçərək yenidən Abşerona, öz yerlərinə, Xəzər sahillərinə gəldilər [12]). Bu tarixi məlumat Azərbaycanın hun, qıpçaq, xəzərlərin və başqa türk tayfalarının məskəni olduğunu bir daha təsdiqləməkdədir. Eyni zamanda “xəzər” sözünün “Kazar” şəklində ifadə edildiyi və “kassar” kimi tələffüz olunduğuna dair bilgilər də məlumdur. Belə mülahizələr Qazax sözünün mənşəcə daha qədim köklərə malik olduğunu göstərir.

Xəzər dənizinin Quzğun dənizi adı ilə məlum olduğun da tarixşünaslıqda qeyd olunub. Bu sözün ilk mənasının etimoloji cəhətdən quz-qun tərkibindən ibarət olduğu (quz-oğuz, qun-hun) diqqəti cəlb edir. Ə.Dəmirçizadə və şərqşünas V.V.Bartold qaz/kas hissəciklərini nəzərdə tutaraq Qafqaz etnotoponiminin də türk mənşəli olduğu fikrini irəli sürüblər. Beləliklə, quz/qun, qaz/kas, kas/xaz-ın eyni sözün fonetik parçaları olduğu ideyası özünü daha çox doğruldur. Bu toponim hissəsiciklərinin özəyində isə “oğuz” etnonimi dayanır. Deməli, ən qədim türk etnosu oğuz digər tayfaların yaranmasında ulu başlanğıc olub [13].

Buradan aydın olur ki, türk tayfaları Azərbaycanda bir vəhdət təşkil ediblər. Odur ki, yalnız qıpçaq, yaxud yalnız oğuz mənşəli türklərdən şərti mənada söhbət açmaq mümkün ola bilər. Buna görə də Azərbaycan türklərinin təşəkkülündə islamaqədərki dövrdə əsas rol oynayan hun-qıpçaq tayfa birlikləri kimi, islamı ilk dəfə qəbul etmiş oğuz tayfaları da bizim üçün ulu əcdad olaraq, qürur mənbəyidir. Birinci minillikdə Şimali Azərbaycanda xristianlığın yayılmasına qarşı ciddi müqafimət göstərən, əslində buna imkan verməyən, sasanilərin farslaşdırma siyasətini puça çıxaran Ön Asiyada, Qafqazlarda türklüyün himayəçisi rolunu davamlı olaraq yerinə yetirmiş hun-qıpçaq, hun-oğuz xəzərlər (kasinlər) də ulu əcdad kultunu yerinə yetiriblər. Tarix boyu Daryal və Dərbənd keçidləri Qafqazın Şimalı ilə Cənubunu birləşdirən ümid körpüləri rolunu oynayıb. Şimali və Cənubi Azərbaycan türkləri ilə eyni soydan olan xəzərlər ərəb işğalına qarşı əsrlərlə müharibələr aparıb, özlərinin türk varlıqlarını şərəflə qoruyublar. Onlar 730/31-ci illərdə ərəblərə qarşı 300 minlik qoşun çıxarıb, onları Diyarbəkrə, Mosula qədər təqib ediblər.

Professor Nizami Cəfərov Azərbaycanda məskunlaşmış savir, bulqar, xəzər türklərindən bəhs edərkən yazır: “Görünür, IX əsrdəki məşhur Babək hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışlar” (Azərbaycanşünaslığın əsasları, s.101, B.2002). Döyüşkən, mərd və qürurlu xəzərlər min ildən artıq bir dövrdə rusları Volqanın aşağılarına, Qara dəniz və Xəzər dənizi arasındakı torpaqlara buraxmayıblar. Bununla da türk-islam dünyasına əvəzsiz xidmət göstəriblər. Xəzər padşahı Yusifin bir məktubunda deyilir ki, “mən rusları gəmilərə minib İsmayıl övladının üstünə getməyə qoymuram…Mən onlarla müharibə edirəm. Əgər mən onları bir saat (rahat) buraxsam, onlar bütün İsmayıl övladını Bağdada qədər məhv edərlər (Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”,s.113). Ziya Bünyadovun xəzərlər haqqında verdiyi bu məlumat xəzərlərə yeni münasibətin başlanğıcı kimi qəbul edilə bilər.

Son dövrdə ulu əcdadlarımız haqqında həqiqətlərin olduğu kimi təqdim edilməsinə meyl özünü daha çox büruzə verir. Tədqiqatçı Nizami Məmmədovun serb yazıçısı Milorad Paviçin XX əsrin 80-ci illərində yazdığı “Xəzər sözlüyü” romanına dair mülahizəoləri bu münasibətin bariz ifadəsi kimi diqqəti cəlb edir. Milorad Paviçin möhtəşəm əsərində bəşər tarixində mühüm rol oynamış və tarix səhnəsində unudulmaqda olan xəzər türklərinə dərin məhəbbət və sayğısını ifadə edib. Müəllifə görə, roman lüğət (sözlük) deyil və bədii-publisistik məzmun da daşımır. Roman əslində tarixi mənbələrə əsaslanan mühüm sənəddir. Nizami Məmmədov yazır: “Milorad Raviçin özünün və digər xalqların nəslində xəzər möhürü axtarır və sən də bundan qürur duyursan. Bir sözlə, Milorad Paviç “Xəzər sözlüyü” romanı ilə sanki türk unutqanlığına ciddi eyhamlar vurur” [14]. Bu fikir bizi tarixi keçmişimiz haqqında diqqətli olmağa, onu yenidən daha dərindən öyrənməyə səsləyir.

Qazax etnotoponiminin həqiqi mənşəyinin kökündə digər türk tayfalarıyla bərabər, xəzər möhürünün də mövcud olduğunu etiraf etmək lazımdır. Avropalı serb oğlu Milorad Paviç öz nəslinin kökündə “xəzər möhürü” axtarırsa, Azərbaycan türklərinin təşəkkülündə “Türk tayfalarının oğuz-qıpçaq qrupuna mənsub olan” [15] xəzərlərin də iştirak etdiyindən qürur hissiylə danışmaqdan nəyə görə çəkinməliyik?

Qırmızı imperiya dövründə bolşevik-daşnak ideologiyasının keşiyində dayanan, xristianlığa xidmət edən Azərbaycan tarixşünaslığında saxta və zərərli “nəzəriyyələr”, “konsepsiyalar” toxuyan bəzi qeyri-milli tarixçilərə “Xəzər sözlüyü” romanı, zənnimcə, ən tutarlı cavab kimi qiymətləndirilə bilər. Bu möhtəşəm əsər türk kimliyimizin etnomədəni səviyyəsinin daha dərindən dərk olunmasına mühüm töhfələrdən biridir. Türk irqinin Azərbaycandan dünyaya yayıldığı haqqında həqiqəti bir daha təsdiqləyən tarixi-publisistik mənbədir. Məhz belə mənbələr Qazax etnotoponiminin mənşəyinə dair həqiqətin ortaya çıxmasına zəmin yaradıb. Tarix səhnəsindən silinib getmiş bir türk qövmü (xalqı) haqqında Xəzər etnomədəni vahidi vasitəsiylə xeyli məlumat əldə etdiyimiz kimi, beş minillik şumer-türk ilişgilərindən üzü bəri sak, hun, isgid, işquz (oğuz), kaspi (xəzər), qıpçaq və başqa adlı, eyni soylu türk tayfalarının etnik varisliyi haqqını yaşadan kas/sak tərkibli Qazax söz-adının həqiqi mənşəyini dərk etməyimiz tam dolğunluğuyla üzə çıxıb. [16]

Tarixi

Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar “Kasak” (Kasaq) kimi ərəb tarixзisi əl – Kufi (IX əsr) də məlumat vermiєdir. Toponim özündə qıpçaq mənşəli “qazax” etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-20–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir. [17]

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır . Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə “Qazaxlı” və ya “Alqazaxlı” deyilən Şıxlinskilər aiddir

Osmanlı sultanı III Əhmədin (17031730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən “Qazaxlı” tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiyaçarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu ilyanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı ƏskiparaXeyrimliQızılhacılıYuxarı Əskipara kəndləridir.

Qədim insan məskəni

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi -dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrüÜst Paleolit dövrüMezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. “Aveydağ” sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.