Qazaxlı məşhurlar

  • Hacı Mahmud Əfəndi (d. 1835 – ö. 1896) — Şeyx, məşhur din xadimi, şair, təsəvvüf alimi. Aslanbəyli kəndinə mənsub Seyidovlar soyunun Ulu babası Hacı Mahmud Əfəndidir
  • Molla Pənah Vaqif (1717-1797) – görkəmli Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanının vəziri olmuşdur.
  • Səməd Vurğun (1906-1956) – görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956).
  • Molla Vəli Vidadi – (1707-1809) görkəmli Azərbaycan şairi.
  • Qaçaq Kərəm (1860-1910)- Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq.
  • İsrafil ağa Kərbəlayev (1866-1917)- XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi.Qaçaq Kərəm ilə qan düşməni olmuşdur.
  • Balasöyün– XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq.Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur.Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası).
  • İsfəndiyar Haqqıxlı– tanınmış qaçaq.Qaçaq Kərəmin silahdaşı.
  • Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilova – rayonun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
  • Rəşid Behbudovun anası Firuzə Vəkilova  – rayonun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
  • Mirzalı ağa Kosalı (Kosaoğlu) -16 – 17-ci əsrlər. Qədim əsərlərdə ərəb əlifbasında “ı” hərfi olmadığına görə, bu soy ad Kosalu şəklində yazılmışdır.
  • Vəkil Kazım ağa Mirzalı ağa oğlu Kosalı (Kosaoğlu) -17- ci əsr. Vəkil-müəyyən inzibati vahiddə işləri idarə edən, diplomatik funksiyalara da malik olan şəxs.
  • Vəkil Səfixan bəy Kərim ağa oğlu– 18-ci əsr.
  • Vəkil Məhəmməd Şərif ağa Molla Əhməd oğlu Kosalı (Kosaoğlu) -18-ci əsr.
  • Vəkil Pənah bəy Məhəmməd Şərif ağa oğlu Kosalı (Kosaoğlu) – 18-ci əsr.
  • Vəkil Alı ağa- mayor – Pənay bəy oğlu Kosalı (Kosaoğlu) – 18-19-cu əsrlər.
  • Veys Qarani (Təqribi 1800 və ya 1805 təvəllüdlüdür) — Məşhur din xadimi, sufi şeyxi. Seyidovlar soyunun əcdadı Hacı Mahmud Əfəndinin atasıdır. Aslanbəyli kəndindəndir.
  • Hüseyn Əfəndi Qayıbov – (1830-1917) Maarifpərvər din xadimi, ədəbiyyatşünas, publisist, Qafqaz müftisi, Qafqaz Ruhani İdarəsinin rəisi.
  • Molla Seyid — (Təqribi 1835 və ya 1840 təvəllüdlüdür) — Bəy, Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi, Aslanbəyli kəndində dükanı olan ilk tacir. Hacı Mahmud Əfəndinin əmisi oğludur. Seyidovlar soyunun Molla Seyidlilər qolunun əcdadıdır.
  • Əhməd Əfəndi (din xadimi) (d. 1875 (Aslanbəyli) – ö. 1982) — Qazax rayonu, İncə dərəsi eli və Türkiyənin Amasiya şəhərində məşhur din xadimi. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin kiçik oğludur.
  • Həmid Əfəndi (d. ≈ 1875 və ya 1880 (Aslanbəyli) — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi. Ana tərəfdən Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Türkiyədə dini ali təhsil almışdır.
  • Yusif əfəndi Allahyarzadə (1859-1943) — Məşhur din xadimi, Borçalı qazısı.
  • Nadir bəy Qayıbov (1874- ?)- Azərbaycan ziyalısı, Qafqaz müftüsü.
  • Müftü Osman Əfəndi (1850)- Qafqaz müsəlmanlarının II Müftisi.
  • Hacı Allahyar ağa Dilbazov (?-1866) Azərbaycan nəqşibəndi.
  • Əliağa Şıxlinski – (1865-1943) artilleriya general-leytenantı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini, “Rus artilleriyasının Allahı” adı ilə məşhurdur.
  • Qalib bəy Vəkilov (1888-1937) – Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. “Müqəddəs Georgi” ordenli.
  • İbrahim ağa Vəkilov – (1853-1934) general-mayor, ilk azərbaycanlı hərbi topoqraf, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atasıdır.
  • İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri. Hərbiyyə naziri yanında tapşırıq generalı. Üçüncü dərəcəli “Müqəddəs Vladimir” (1916), ikinci dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordenli. Hüseyn Əfəndi Qayıbovun kürəkənidir.
  • Cavad bəy Şıxlinski – (1876-1940) general-mayor, diviziya komandiri. “Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenli.
  • Osman ağa Gülməmmədov – (1892-1950) Üç dəfə Georgi xaçı kavaleri, “Müqəddəs Georgi” medalı (dördüncü, üçüncü və ikinci dərəcəli), polkovnik.
  • Kərim Vəliyev (d.1961) – Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi, General-leytenant. Anası Leyla Kərim qızı Vəkilova Vəkilovlar soyundandır.
  • Əli Ömərov (d.1947)- Azərbaycan Respublikası Baş Prokuroru, Həqiqi Dövlət Ədliyyə Müşaviri, (Ədliyyə Ordu Generalı).
  • Şahin Məmmədov (d.1961)- Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı, General-leytenant.
  • Rövşən Əliyev (kriminalist)(1958-2002)-Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru.
  • Rüstəm Şıxlinski (d. 1878 – ö. 1920) — Hərbçi. Polkovnik, “Müqəddəs georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsidir.
  • Sayad Zeynalov – (1886-1942) “Müqəddəs Georgi” ordeninin hər 4 dərəcəsi ilə təltif edilmişdir.
  • Fərrux ağa Qayıbov – (1889-1916) ilk azərbaycanlı hərbi təyyarəçi, üçüncü dərəcəli “Müqəddəs Stanislav”, Müqəddəs Anna ordeni, ölümündən sonra 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir.
  • Abbasqulu bəy Vəkilov (1854-1927) – polkovnik. Kavaler ordenləri, Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və qılıncla birgə, 1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli Müqəddəs Anna (1888) və başqa orden, medalla təltif olunmuşdur.
  • Mirzə Xudadat bəy Vəkilovun ata yurdu – polkovnik. Əlimərdan bəy Topçubaşovun dayısı, Məmmədrza ağa Vəkilovun əmisi oğlu.
  • Çingiz Alqazax (Şıxlinski) (d. 1938 – ö. 1992) — Hərbi təyyarəçi, albay (polkovnik), Paraşüt-desant idmanı üzrə Avropa çempionu, Türkiyə Silahlı Qüvvələrinin aviasiya hərbi eskadrilyasının komandiri.
  • Gəray bəy Vəkilov(1884-1952)-1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub.Birinci süvari alayının komandiri kimi Gəncə, Tərtər və Bakıda xidmət edib.1920-ci ilin əvvələrində isə Bakıdakı birinci kadet korpusunda hərbi təhsil idarəsinin rəisi idi.(polkovnik)
  • Hüseyin Hacıyev- II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman (polkovnik).
  • Oktay Seyidov (d. 1959 – ö. 2003) Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur.Aslanbəyli kəndindəndir.
  • Vüqar Allahquliyev- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hissə komandiri, general-mayor.
  • Mahmud Həmzəyev-Silahlı Qüvvələrin General-mayoru.
  • Şirin bəy Kəsəmənli(1887-1920)-Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik.
  • İlqar Nəsibov- Hərbi Komissar, polkovnik.Aslanbəyli kəndindəndir.
  • İlqar Abdullayev- Silahlı Qüvvələrin polkovniki.Qaymaqlı kəndindəndir.
  • İmran Məmmədov- Silahlı Qüvvələrin polkovniki.Qaymaqlı kəndindəndir.
  • İbrahim Vəkilov- Hərbi Komissar, polkovnik, Azərbaycan Boks Federasiyasını üzvü.
  • İsa Vəliyev – Heydər Əliyev adına hərbi akademiyanın qərargah rəisi, Polkovnik-leytenant.
  • Qaratel Hacımahmudova— (1948-1992) “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.
  • Mühid Orucov (1984-2016) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. “İgidliyə görə” medalı ilə təltif olunub.
  • Elvin Namazov (1990-2016) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
  • Orxan Əliyev (şəhid) (1995-2016) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Aslanbəyli kəndindəndir.
  • Mustafa Bəy Miralayev 19-cu əsrin 60-cı illəri — Bəy. Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir.
  • Mədət bəy Alinaqov- Salahlı bəylərindən, Səməd Vurğunun “Komsomol poemasında” Gəray bəy obrazının prototipi (prof. Mehdixan Vəkilovun xatirələri üzrə).
  • Məmmədrza ağa Vəkilov – (1884-1944) ADR Parlamentinin üzvü, Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı. Fəxri Vəkilovun atası, Mənsur Vəkilovun babası.
  • Muxtar Hacıyev- İlk spiker, 1921-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə (MİK) ilk sədri olmuşdur.
  • Mustafa bəy Vəkilov – (1896-1965) ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, görkəmli siyasi xadim.
  • Rəhim bəy Vəkilov – (1898-1934) ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
  • Məmməd ağa Vəkilov- (1862-1941) ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
  • Faris bəy Vəkilov (1886-1978) – ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
  • Kamal Qarani — (d. 1923 – ö. 2008) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin nəvəsi, Məhəmməd Əfəndinin oğludur.Aslanbəyli kəndindəndir.
  • Məşədi İbrahim Kosalı (Məşədi İbrahim bəy) – xeyriyyəçi. 17 otaqdan ibarət mülkünü 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına bağışlamışdır.
  • Çingiz ağa Dilbazov–(1857-1942)xeyriyyəçi. Qazax şəhər Poliklinikasının binasını tikdirmişdir.
  • Qara Rüstəm Vəkilov- xeyriyəçi, cəsur və ədalətli insan.
  • Əbdürrəhman ağa Dilbaz oğlu “Şair” (1859-1917) – Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
  • Hacı Rəhim ağa Dilbazov “Vəhidi” –Azərbaycan şairi (XIX əsr (1822-1874)
  • Mustafa ağa Arif (Şıxlinski) – (1774-1845) şair. Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biridir.
  • Kazım ağa Salik (Şıxlinski) – (1781-1842) görkəmli Azərbaycan şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
  • Mirzə Nəbi Qayıbzadə (1810-1869) – şair. Abbas ağa Nazirin atasıdır.
  • Abbas ağa Nazir (Qayıbzadə) – (1849-1919) şair-tərcüməçi.
  • Şahnigar ağa Rənçur – (1850-1890) sufi ruhlu şerlər yazıb.
  • Camal ağa Dilbazi (1860-1945) – Azərbaycan şairi (XIX əsr), zəmanəsinin dərin bilikli alimi, sufi şairi və ictimai xadimi, Qazax şəhəri idarəsinin başçısı (1917-19). Hacı Rəhim ağa Dilbazov “Vəhidi”nin oğludur.
  • Hacı Kərim Sanılı – (1878-1938) şair-pedaqoq.
  • Abdulla bəy Divanbəyoğlu – (1883-1936) yazıçı. Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir.
  • Yəhya bəy Qazaği – (… – 1941) şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir.
  • Osman Sarıvəlli – (1905-1990) Azərbaycanın xalq şairi. 1937-ci ildən ildən AYB-nin üzvü, , Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini, “Oktyabr İnqilabı” ordenli.
  • Mehdi Hüseyn – (1909-1964) Azərbaycanın xalq yazıçısı (1964). Görkəmli yazıçı-dramaturq, nasir, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Stalin mükafatı laureatı (1950), “Qırmızı Əmək Bayrağı” ordenli, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65), 1941-cı ildən Sov.İKP üzvü.
  • Mirvarid Dilbazi – (1912-2001) Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür). 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1976), İki dəfə Şərəf Nişanı ordenli, “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenli (1997).
  • Yaqut Dilbazi – (1910-1994) Azərbaycan yazıçısı.
  • Əlazan Baycan (Hacı Həsənzadə) – (1913-1989) şair-həkim. Almaniyanın Freyburq şəhərində şəxsi klinikası olmuşdur.
  • İsmayıl Şıxlı – (1919-1995) Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, nasir, ədəbiyyatşünas, publisist, ssenarist, filologiya elmləri namizədi (1954), Azərbaycan komsomolu mükafatı laureatı,(1976), ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1986-1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
  • Hüseyn Arif(1924-1992)-Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
  • İsa Muğanna(1928-2014)- Azərbaycanın görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı (2012).
  • Vidadi Babanlı (1927) – nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü
  • Yusif Səmədoğlu – (1935-1998) Azərbaycanın xalq yazıçısı. 1958-ci ildən AYB-nın üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1980), “Şöhrət” ordenli (1995). İlk çağırış Milli Məclisin üzvü olmuşdur. “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə nəsr üzrə katib seçilmişdir (1991).
  • Vaqif Səmədoğlu – (1939-2015) Azərbaycanın xalq şairi. Dramaturq-publisist. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), “Şöhrət” və “İstiqlal” ordenli, “Şərəf” ordeni ilə təltif olunub (2009). Milli Məclisin üzvüdür (2000, 2005). “Nəsimi” mükafatı laureatı (2014).
  • Nəriman Həsənzadə(d.1931)- Azərbaycanın xalq şairi.Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Heydər Əliyev mükafatı laureatı (2017), “İlin Şairi” mükafatı laureatı (2010), “Şərəf ” ordenli . 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
  • Ağamalı Sadiq- (1947-1995) Şair-Publisist, nasir, dissident jurnalist, ictimai siyasi xadim. Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin Müavini, Azərbaycan Milli İstiqlal mübarizi, müasir Azərbaycan demokratik mətbuatının məşhur yaradıcılarından biri. Qaymaqlı kəndindəndir.
  • Akif Səməd (d. 1959 – ö. 2004) — Tanınmış şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aslanbəyli kəndindəndir.
  • Nüsrət Kəsəmənli (d. 1946 – ö. 2003) – şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982). Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir.
  • Eldar Nəsibli Sibirel (1952-2010) — Azərbaycan şairi, publisist.
  • Davud Nəsib (1942-2003) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). Aslanbəyli kəndindəndir.
  • Aslan Kəmərli (1942-1992) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975). “Azərbaycan” qəzetinin bölgə müxbiri olub. “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). Kəmərli kəndindəndir.
  • Vaqif Nəsib (1939) – şair, nasir, ssenarist, tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aslanbəyli kəndindəndir.
  • Saday Budaqlı (1955) — Azərbaycan yazıçısı, Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına ümumittifaq mükafatı, Moskvada nəşr edilən “Nedelya” həftəlik məcmuəsinin laureatı, “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mukafatını alıb (1982), 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
  • Elnur Astanbəyli (1980) – Azərbaycan şairi və publisisti. Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Ölkənin aparıcı qəzetlərində maraqlı publisistik yazılarla çıxış edir. “Almadan küsən” və “Oktyabra məktublar” adlı iki şeir, “3Q – Qələm, qadın, qədəh” adlı bir publisistik kitabın müəllifidir. “Rafiq Tağı” və “Həsən bəy Zərdabi” mükafatlarının laueratı.
  • Şaiq Vəli (1950-2013) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Məmməd İlqar (d. 1950) — şair. Aslanbəyli kəndindəndir.
  • Məmməd Dəmirçioğlu (Məmməd Bəşirov) (d. 1951 – ö. 2015) — Görkəmli rəssam, şair, heykəltəraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Qaymaqlı kəndindəndir.
  • Şirin Qiyasbəyli (1889-1943) — Azərbaycan jurnalisti, pedaqоq, yazıçı, ictimai xadim. Kəmərli kəndindəndir.
  • Vəli Ləzgiyev (1909-1968) – Şair, Partizan. Kəmərli kəndindəndir.
  • Ələddin İncəli (d.) 1930 – Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Redaksiyada işlədiyi illərdə ” Əməkdə fərqlənməyə görə”, ” Rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. Kəmərli kəndindəndir.
  • Hacı Qaracayev (1906-1976) — Şair, aşıq. Qaymaqlı kəndindəndir.
  • Məmmədrza Afiyət Mərəndi (1926-2011) – Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının üzvü, tərcüməçi, DF-MK-nin üzvü və “Azərbaycan” qəzetinin baş redaktoru.
  • Qurban Musayev (d. 1926 – ö. 1997) – Şair, yazıçı, pedaqoq. Məmməd Musayevin atasıdır.
  • Bilal Qoca (1938) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Qazax bölməsində ədəbi məsləhətçi.
  • Sayad Mustafaoğlu (1939) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Rəsul Rza adına Beynəlxalq mükafat laureatı, Türkiyə ədəbi ödülünün sahibi. Kəmərli kəndindəndir.
  • Zakir Bəxtiyar (1944-2004) — şair, publisist, Moskva Yazıçılar Birliyinin üzvü, SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Respublika Ağsaqqallar Şurasının sosial-məişət şöbəsinin müdiri. Kəmərli kəndindəndir.
  • Fuad Babanlı (1945) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası.
  • Sabir Azəri (1938-2010)- nasir, tərcüməçi 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964).
  • Zaməddin Ziyadoğlu (Zaməddin Ziyad oğlu Həmişəyev) (1947) (Xanlıqlar) – şair, publisist, neftçi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ”Əmək veteranı”, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı, “Tərəqqi” medalı (2011)
  • Barat Vüsal — (d. 1951) – Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri
  • Rəfail İncəyurd (d. 1954) — Azərbaycan şairi. Kəmərli kəndindəndir.
  • Şöhrət Cəlaloğlu (1954) — Tanınmış şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü. Aşıq Cəlal Qəhrəmanovun oğludur. Kəmərli kəndindəndir.
  • Vəli Xramçaylı (1955) — Şair, jurnalist, “Ocaq” qəzetinin təsisçisi və baş redaktoru. Eldar Nəsibli Sibirelin qardaşıdır.
  • Elbrus Qəmgin (1952) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Salatın Əhmədli (1952) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Fəridə Ləman (1953) Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi. Kəmərli kəndindəndir.
  • Mahmud Vəli (1957) — Şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şair Vəli Ləzgiyevin oğludur. Kəmərli kəndindəndir.
  • Avdı Qoşqar (1958) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmərli kəndindəndir.
  • Zərəngiz Dəmirçi Qayalı (1962) — Şair.
  • İbrahim İlyaslı (d. 1963) — şair, Prezident təqaüdçüsü (1999) Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aslanbəyli kəndindəndir.
  • Natəvan Dəmirçioğlu (1963) – Yazıçı, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, ”Qılınc və Qələm” mükafatı, “İlin qadın yazıçısı” 2010, Prezident təqaüdçüsü (1999 və 2000)
  • Zəminə Xınalı (d. 1964) — şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbiçi. Aslanbəyli kəndindəndir.
  • Çiçək Mahmudqızı (Çiçək Mahmud qızı Məmmədova) (d. 1964) – Azərbaycan şairi, publisist, televiziya aparıcısı. “Aşıq Pəri” məclisinin üzvü (1984). Qaymaqlı kəndindəndir.
  • Afaq Şıxlı (d.1969) – Həkim, şairə, publisist, tərcüməçi, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar Birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.
  • Seyfulla Şamilov(1902-1974)-nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936-1938).
  • Mənsur Vəkilovun ata yurdu. Şair, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru. Fəxri Vəkilovun oğlu.
  • Mübariz Qaragözlü (1967) — şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmərli kəndindəndir
  • Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) (d. 1965) — Görkəmli rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı, “METİN-X” reklam şirkətinin rəhbəri. Aslanbəyli kəndindəndir.
  • Əli Cəfəroğlu(d.1968)- Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2014).
  • Mövlud Mövlud (Abdullayev Mövlud İsmayıl oğlu;d.15 avqust 1989- ö. 16 mart 2017) – Azərbaycan yazıçısı, publisisti.Teleqraf.com saytının redaktoru.
  • Qafar Sarıvəlli (1956) – Məşhur rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Kəmərli kəndindəndir.
  • Veys Əfəndi — (Təqribi 1865 təvəllüdlüdür) — Türkiyənin savadlı və yüksək dərəcəli İlahiyyatçı alimi. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin böyük oğludur. Aslanbəyli kəndindəndir.
  • Məhəmməd Əfəndi (d. 1871 – ö. 1961) — Türkiyənin tanınmış İlahiyyat alimi, Amasyada təsərrüfat sahibi. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin ortancıl oğludur. Aslanbəyli kəndindəndir.
  • Mustafa ağa Vəkilov (1899-1943) – Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu.
  • Mehdixan Vəkilov (1902-1975) – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956-1962), 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, birinci dərəcəli Vətən müharibəsi ordeni (1943), iki Şərəf Nişanı ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Səməd Vurğunun böyük və yeganə qardaşı, diplomat Cavanşir Vəkilovun atası. Səməd Vurğunun “Komsomol poemasında” Cəlal obrazının prototipi.
  • İlyas Abdullayev- (1913-1985) akademik, bioloq, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker). “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir.
  • Teymur Bünyadov – (1928) akademik, əməkdar elm xadimi, tarixçi-etnoqraf. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.[29], eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Şöhrət” ordenli.
  • Əhməd Seyidov (d. 1892 – ö. 1977) — alim, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri, H.K.Sanılı ilə birlikdə ilk “Əlifba” dərsliyinin müəllifi, Lənkəran qəza xalq maarif şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq rektoru. Aslanbəyli kəndindəndir.
  • Ənvər Şıxlinski (1911 – 1992) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan EA–nın müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Dövlət Mükafatı laureatı. SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir.
  • Neron Babaxanov (d.1939)- Coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSRİ Xalq Təhsili nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991-1992).
  • Tapdıq Əliyev (1945) — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini.
  • Mübariz Əhmədov (alim) (1945) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli.
  • Məhəmməd Babanlı (1952) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda “Qeyri-üzvi funksional materiallar” şöbəsinin müdiridir.
  • Bilal Bilalov (1963) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. “Riyaziyyat” üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur.
  • Mirzə Adıgözəl bəy Qarabaği (?-1848) – tarixçi, “Qarabağnamə” əsərinin müəllifi.
  • Məhəmməd Balayev (1938) – ADPU-nun Fəlsəfə kafedrasının müdiri; fəlsəfə üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, “İlin alimi” (2012). Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
  • Mustafa Hacıqasımov (1883-1969) – Azərbaycanın baş mama-ginekoloqu. Professor, Azərbaycan SSR Əməkdar Həkimi (1940), Azərbaycan SSR Əməkdar Elm Xadimi.
  • Sona Vəlixan (1883-1982) – göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur.
  • Məmməd Abdullayev(1903-1972)- Alim, Müəllim, Fizika-riyaziyyat Elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycanlı fiziklərindəndir.
  • Fuad Şıxıyevin ata yurdu – SSRİ miqyasında tanınmış hidrotexnik alim, professor. Maqsud Şeyxzadənin kiçik qardaşı.
  • Yusif Yusifov (dövlət xadimi) (Dilbazov) (1906-1995) – Tarix elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker).
  • İslam Qarayev (professor)-(1940-2015)-İqtisad elmləri doktoru,professor, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru.
  • prof. Leyli Qalib qızı Vəkilova
  • Fatma Vəkilova – (1912-1987) professor, geologiya-minerologiya elmləri doktoru. Bakı Sovetinin bir neçə çağırış deputatı olmuşdur. “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir.
  • Siyavuş Süleymanov – (1952) Qazax rayon İcraiyyə Komitəsinin, Xalq Deputatları Sovetinin sədri (1995-ci ilədək). Hazırda təqaüddədir.
  • Şamil Vəkilov – görkəmli riyaziyyatçı alim, professor. Fatma xanım Vəkilovanın qardaşı.
  • Əfrasiyab Vəkilov (1920-) – görkəmli sovet türkoloqu, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsi. “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” fəxri adı verilmişdir.
  • Zülfüqar Qayıbov – tanınmış pedaqoq, bioloq.
  • Həsən İsazadə (1912) – tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru.
  • Vüsət Əfəndiyev (1953) – Coğrafiya elmləri doktoru, professor.
  • Məmməd Məmmədov- Filologiya elmləri doktoru,professor.
  • Nazim Əfəndiyev (həkim) – (1926-1998) professor, Respublikanın əməkdar həkimi. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları ilə qiymətləndirilib.
  • Rasim Əfəndiyev (1928-2010) — professor, sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001). AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru.
  • Fikrət Seyidov (d. 1930 – ö. 2011) — alim, pedaqoji elmlər doktoru, professor. Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nəaliyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Aslanbəyli kəndindəndir.
  • İlham Pirməmmədov-(01.06.1955)- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri. Qazax Xeyriyyə Cəmiyyətinin Sədri. Fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktoru, professor, əməkdar müəllim, Azərbaycan Texniki Universitetinin elmi işlər üzrə prorektoru.
  • Rizvan Abdullayev (Yusif oğlu)(d.1961)- Tibb elmləri doktoru, professor.Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun biokimya laboratoriyasının müdiri.
  • Flora Əlimirzəyeva-Mustafayeva(d.1945)-filologiya elmləri doktoru,professor.
  • Samir Vəliyev (Samir Əhməd oğlu Vəliyev) – Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi. Əhməd Vəliyevin oğludur.
  • Şəmsəddin Cəfərov(1925-1976)- Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor.İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə “Qafqazın müdafiəsi uğrunda” medalı laureatı.Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi.
  • Rüstəm Kamal(1962)-tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2010).
  • Munir Vəliyev – (Munir Əhməd oğlu Vəliyev) – İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor. Əhməd Vəliyevin oğludur.
  • Nəcməddin Hacıyev (Dilbazi) (1926-1980) – Professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
  • Əsəd Dilbazov – (1926-2003) İqtisad elmləri doktoru, professor
  • Mürsəl Həkimov (d. 1929) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), ADPU “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kultur Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Kəmərli kəndindəndir
  • Nəcəf Murquzov (1930-1995) — Alim, fizika-riyaziyyat elmləri doktoru Elmlər doktoru, Professor, Həsən bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri (1978-1995). “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə respublikanın qərb bölgəsində ilk professor olmuşdur. “Qabaqcıl maarif xadimi”, “Əmək igidliyinə görə”, “X beşilliyin qalibi” və s. medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.
  • İsmayıl Nəsibov (İsmayıl Osman oğlu Nəsibov) — alim, kimya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, 1994-cü ildən Nyu-York Elmlər Akademiyasının üzvü. Aslanbəyli kəndindəndir.
  • Fəhəm Kəsəmənli (d.1932)- Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru ,nobelşünas, alim, “Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi”, “Əməkdar professor”.
  • Zakir Şıxlı (1931-1986) — Alim, tarix elmləri doktoru, Professor, APİ (1971-1974) və Azərbaycan Dövlət Universitetinin “Sov.İKP tarixi” kafedrasının müdiri (1974-1986).
  • Fuad Şıxıyev (1931-1986) — texnika elmləri doktoru, professor, Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri.
  • Zərəngiz Şıxlı(d.1934)-Tədqiqatçı mühəndis, Texnika elmləri namizədi-alim, nasir, şairə.
  • Osman Əfəndiyev – Fəlsəfə elmləri doktoru, professor.
  • Rəşid Dilbazi(1930-2008)-Kənd təsərrüfatı elmləri namizədi.
  • Nəbi Yaqubov — (1933-2005) Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) “Nəzəri mexanika” kafedrasının (1970-1990-cı illər) müdiri, texnika elmləri doktoru, professor. İbrahim Nəbioğlunun atasıdır.Qaymaqlı kəndindəndir.
  • Xəlil Yusifli (Xəlil Həmid oğlu Yusifli) (d. 1935) — alim, Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı. Aslanbəyli kəndindəndir.
  • Bəhruz Abdullayev (1935) — Alim, əməkdar müəllim, tarix üzrə Elmlər doktoru, Professor, “Şöhrət” ordenli. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Qaymaqlı kəndindəndir.
  • Mirzəli Murquzov (1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, “Şöhrət” ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “Fizika” bölməsinin sədri.
  • Ramazan Əliyev(1951)- Azərbaycan alimi, pedaqoq, biologiya elmləri doktoru, professor.
  • Minirə Dilbazi (1937) — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir.
  • İsa Əhmədov — (1941-2010) İqtisadçı-alim, professor, BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü və bu akademiya xətti ilə keçirilən «Dünya informasioloqlarının elitası» müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür. Azərbaycan Respublikası Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında prorektor, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çərçivəsində icrası təmin edilən və Dünya Bankı tərəfindən maliyyələşən “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi”nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri. Qaymaqlı kəndindəndir.
  • Vəkil Eminov- Fəlsəfə elmləri doktoru.
  • Kamil Dilbazi(d.1957)-Fizika -riyaziyyat elmləri namizədi.
  • Əhməd Vəliyev (d. 1946) — alim, Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor, “Şöhrət” ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.
  • Babək Qurbanov (d.1939) – Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Estetika və Etika” şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasının rəhbəri. Osman Sarıvəllinin oğludur.
  • İsa Abdullayev (d. 1945 – ö. 2008) — Azərbaycan alimi, texniki elmlər doktoru (1992), professor (1993), ADNA İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı.
  • İsrayıl Əfəndiyev (1945) — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993-1997), ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” elmi- metodik şurasının sədri, Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi.
  • Faiq Musayev (1952) – Alim, kimya elmləri doktoru, ABŞ-ın Virciniya Universitetinin professoru.
  • Zakir Nəcəfov (1952) – alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi, AMEA İqtisad İnstitunun elmlər doktoru, AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi. Qaçaq Kərəmin babası (ata tərəfdən babası) Molla Zalın qardaşlarından Qaçaq Nəcəfin kötücəsidir. Aslanbəyli kəndindəndir.
  • İsaq Nəbi oğlu İsaqov (d. 1921 – ö. 2006) — Qazax Müəllimlər Seminariyasını və M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu bitirib. Məşhur müəllim, Aslanbəyli kəndində və Qazax rayonunda məşhur natiqlərdən olub. Professor Qüdrət İsaqovun atasıdır.
  • Qüdrət İsaqov (d. 1950) — alim, fizika–riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı, Aslanbəyli kəndindəndir. Ana nənəsi tərəfdən Seyidovlar nəslindəndir.
  • Akif Süleymanov (1951) — texnika elmləri doktoru, professor, Azərbaycan Texnologiya Universitetinin rektoru.
  • Alxan Bayramoğlu (1954) — Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor.
  • Sabir Qayıbovun ata yurdu – görkəmli hüquqşünas alim. İsmət Qayıbovun böyük qardaşı.
  • Məmmədəli Hüseynov(1922-1994)- Azərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq.Tarix elmləri doktoru (1985), professor (1987).
  • Arif Xasayev(1934-2006)- Texnika elmləri doktoru, professor.
  • Ziyaddın Nəsibov- professor
  • Arif Mustafayev (d.1938)- Azərbaycan etnoqrafı, tarix elmləri doktoru, professor.
  • Güllü Yoloğlu(1963)-Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısıdır. Canallı kəndindəndir.
  • Məhəbbət Dəmirçiyeva (Məhəbbət Dəyirman qızı Dəmirçiyeva) (1957) – Hüquqşünas-alim, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Mülki Hüquq kafedrasının müdiri. Daş Salahlı kəndindəndir.
  • Mahmud Allahmanlı (1960) — filologiya elmləri doktoru (2008), professor (2009), fоlklоrşünas alim, tənqidçi, publisist. Kəmərli kəndindəndir.
  • Məqsəd Qocamanov – (1960), BDU-nun kafedra müdiri, professor, geodeziya və kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru.
  • Rüstəm Kamal (d. 1962) – tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2010)
  • Sevinc Qiyasbəyli – (1966) Həkim onkoloq, tibb elmləri doktoru, professor, Milli Onkologiya Mərkəzi I kimyaterapiya şöbəsinin böyük elmi əməkdaşı. Kəmərli kəndindəndir.
  • Mustafa Babanlı (1968) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.
  • Bilal İsmayılov (d. 1940) – Filologiya elmləri doktoru , professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992-2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. İkinci Şıxlı kəndindəndir.
  • Rövşən Göyüşov (1944)- Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd Filialının direktoru, professor, “Qabaqcıl təhsil işçisi.”
  • Zöhrə Musayeva (d.1956)- AMEA Zoologiya İnstitutu Araxnologiya laboratoriyasının dosenti, biologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru.
  • Maqsud Qocamonov(d.1960)- professor.
  • Məqsud Şeyxzadənin Ata yurdu – yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır.
  • Səyyarə Seyidova(1928-1986)-dosent, Filologiya elmləri namizədi.Əhməd Seyidovun böyük qızı Fikrət Seyidovun bacısıdır.Aslanbəyli kəndindəndir.
  • Fərhad Seyidov(1940)-dosent, Fizika üzrə fəlsəfə doktoru. Aslanbəyli kəndindəndir.
  • Nigar Seyidova (Nəsibova)(1941-2014)- dosent, Kimya elmləri namizədi.Əhməd Seyidovun kiçik qızı Fikrət Seyidovun bacısıdır.Aslanbəyli kəndindəndir.
  • Afayət Məmmədova(1948)-Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi, kimya üzrə fəlsəfə doktoru.Qaymaqlı kəndindəndir.
  • Aytən Seyidova (Qəhrəmanova)(1966)-alim, müəllimə, pedaqoji elmlər doktoru, dosent, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri.Müstəqil Azərbaycan Respublikasında ilk pedaqoji elmlər namizədi dərəcəsi alıb.Əhməd Seyidovun nəvəsi, Fikrət Seyidovun kiçik qızıdır.Aslanbəyli kəndindəndir.
  • Dilavər Yusifov – Tibb elmləri doktoru, professor.
  • Hacı Hacılı(1960)- Təbiətşünaslıq doktoru.
  • Rəhim Yusifov (1931)- Tibb elmləri doktoru, professor.
  • Nizaməddin Babanlı(1964)- Kimya elmləri namizədi.
  • Kamil Yusifov-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti mayoru.
  • Aynur Dilbazi(1958)-İqtisad elmləri namizədi.
  • Səməd Seyidov (d. 1964) — Psixologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. Əhməd Seyidovun nəvəsidir. Aslanbəyli kəndindəndir.
  • Rauf Babaxanov(1929-1992)-Kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980), Azərbaycan Tibb İnstitunun kafedra müdiri (1969-1992), Əczaçılıq fakültəsinin dekanı (1969-1973).
  • Sabir Məmmədov (kimyaçı)(d1937)- Kimyaçı alim.Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor.
  • Əbdürrəhim İsmayılov (1931-1994)- Kimya elmləri doktoru, professor, Azərbaycan Texnologiya İnstitutunun elmi işlər üzrə prorektoru.
  • Habil Haqverdiyev(d1939)-AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent.
  • Elmira Cavadova(15 sentyabr 1952)- Kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, dosent, texnika üzrə fəlsəfə doktoru.
  • Vilayət Hacıyev(1950)- Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent.
  • Yusif Alıyev(1979)- Azərbaycan alimi, fizika üzrə fəlsəfə doktoru, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, AMEA Fizika İnstitutunun böyük elmi işçisi, dosent.
  • İsmixan Yusubov(d.1945)- Azərbaycanlı riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri namizədi, yazıçı-publisist.
  • Teymur Miralayev(1904-199)- Azərbaycan tarixçisi.
  • Qaçaq Nəcəf (Təqribi 19-cu əsrin 10-cu illərindəndir) – Məşhur bəy və qaçaq. Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır.[25]
  • Qaçaq İsmayıl – Tanınmış qaçaq, Qaçaq Kərəmin silahdaşı.[25]
  • Bayram İncəli – Tanınmış qaçaq, Qaçaq Kərəmin silahdaşı.[25]
  • Nəcəf oğlu Abdulla – Məşhur bəy və igid. Qaçaq Nəcəfin oğludur. Aslanbəyli kəndindəndir.[30]
  • Nəcəf oğlu Mahmud (Mahmud Nəcəfov) – bəy və igid. Cəsur, namuslu və ədalətli insan olmuşdur. Sovet hökumətinin təqibindən qorxmayaraq onların xalqa zülm və işgəncə gətirdiyini söyləmişdir. 1931-ci ildə rus əsgərləri tərəfindən kənddə güllələnmişdir. Qaçaq Nəcəfin oğullarlından Əhmədin oğludur. Aslanbəyli kəndindəndir.[30]
  • Nəcəf oğlu Məmməd – bəy və igid. Cəsur, namuslu və ədalətli insan olmuşdur. Qaçaq Nəcəfin nəvəsidir. Aslanbəyli kəndindəndir.[30]
  • Qaraxozu (d. 1902 – ö. 1977) – Qoçu. Qaymaqlı kəndindəndir.
  • Uzun Allahverən (Allahverən İsa oğlu Yaqubov) – igid və qoçu. Aslanbəyli kəndindəndir. Ana tərəfdən Seyidovlar soyundandır. Anası Xədicə Molla Seyidin qızıdır.
  • Aslan İsmayılov(d.20 fevral 1958, Qazax, Azərbaycan)- Hüquqşünas.
  • Elçin Şıxlı (1957) – tanınmış jurnalist, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Yazıçı İsmayıl Şıxlının oğludur.
  • İsmayıl Umudlu (1952) – tanınmış jurnalist, tərcüməçi, tarixçi-etnoqraf. Qazaxın, o cümlədəm Qazax Salahlı kəndinin tarixi haqqında bir sıra fundamental əsərlərin müəllifi.”Tərəqqi” medalı ilə təltif edilmişdir (2010).
  • Vaqif Nəsibov –(d.1940)– sabiq Energetika Naziri.Aslanbəyli kəndindəndir.
  • Davud Carçıyev(1929-2007)-Azərbaycan Respublikasının Əməkdar Hüquqşunası, Hüquq Elmləri doktoru, Azərbaycan Vəkillər Kollegiyasının təftiş komissiyasının sədri.
  • Nəsib Əliyev – jurnalist, “Gənc işçi” qəzetinin redaktoru, Vətən Müharibəsi qəhrəmanı, I dərəcəli Vətən Müharibəsi ordeni mükafatçısı. Aslanbəyli kəndindəndir.
  • Süleyman Tatlıyev (1925-2014)- Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985-1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994-2014).
  • Vəfa Quluzadə -(1940-2015)- Azərbaycanın dövlət xadimi, politoloq , Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun Prezidenti və Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət müşaviri. Anası Yaqut Dilbazi rayonun Xanlıqlar kəndindəndir.
  • Eldar Namazov (d.1956)- Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993-1999), 2001-ci ilin martından “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidentidir.Mərkəzi tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.
  • İbrahim Nəbioğlu (1961) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003-2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi. Azərbaycan-Türk müştərək TV kanalını qurmuş və onun Baş direktoru vəzifəsində çalışmışdır.Qaymaqlı kəndindəndir.
  • Süleyman Osmanoğlu (1952-2011) — jurnalist, “Tərəqqi” medalı ilə təltif olunub (2005). Kəmərli kəndindəndir.
  • Vahid Əhmədoğlu (1956) – Azərbaycan jurnalisti, yazıçı, filoloq, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının üzvü. Aslanbəyli kəndindəndir.
  • Mehdi Şıxlinski (1960) – Filoloq, tədqiqatçı, jurnalist. “Şıxlı” ensiklopedik məlumat kitabının, “Şıxlinskilər” ensiklopedik saytının baş redaktoru.
  • Fərrux Şıxlinski (1962) — Rəssam, jurnalist, Ayna” – “Zerkalo” qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşıdır.
  • Ziya Şıxlinski(d.1951)- Kinorejissor,ssenarist, Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi.Ənvər Şıxlinski oğludur.
  • İlhamiyyə Rzayeva (1967) — tanınmış jurnalist, televiziya aparıcısı, prodüser, rejissor.
  • Akif Aşırlı (1969) – Azərbaycan jurnalisti, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, “Tərəqqi” medalı laureatı, Akademik Yusif Məmmədəliyev adına mükafat və “Tərəqqi” medalı (2005)
  • Mübariz Göyüşlü (1981) — Azərbaycan jurnalisti, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, Türk Eli jurnalının və Dialoq.info təhsil saytının baş redaktoru.
  • Möhsün Poladov (1905-1966) – Dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru.
  • Fəxri Vəkilov (1916-1987) – görkəmli səhiyyə təşkilatçısı, Azərbaycanın Səhiyyə Naziri. Məmmədrza ağa Vəkilovun oğlu. Mənsur Vəkilovun atası.
  • Muxtar Hacıyev – (1876-1938) İlk spiker, 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (spiker) seçilmişdir.
  • Paşa Hüseynov (1909-1975)- Azərbaycan Mərkəzi Aparatı NKVD-NKQV Mərkəzi Siyasi Bürosunda idarə rəisi vəzifəsində çalışmışdır.1952-ci ildə Bakı şəhəri Molotov rayonu MDTN-nə rəis keçmişdir.Polkovnik rütbəsinədək yüksələn P.Hüseynov sonralar Səbail rayonundan Ali Sovetə deputat seçilmişdir.1957-ci ildən 1965-ci ilə kimi isə Qaradağ Rayonu Milis İdarəsində rəis vəzifəsində çalışmışdır.P.Hüseynovun yüksək xidməti dövlətində diqqətindən kənarda qalmamışdır və o “Qızıl Ulduz” ordeni, “Qafqazın müdafiəsi” medalı, “Alman faşistləri üzərində qələbəyə görə”, “Əsl döyüşçü”, “XX əsr əvəzsiz xidmətlərinə görə”, “DİN-nin 50 illiyi ilə əlaqədar”, “Milis əlaçısı” döş nişanları ilə təltif olunmuşdur.
  • Mehdi Mustafayev (1914-1979)- Sosialist Əməyi Qəhrəmanı, Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri (1948-1979), Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
  • Arif Vəliyev(1943-2014)- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993-2014).
  • Şahbala Məmmədov (1936) – Azərbaycanın əməkdar iqtisadçısı, Dövlət Statistika Komitəsi Sədrinin müavini, Baş Hesablama Mərkəzinin Direktoru.
  • Rəşad Orucov-(1978)– Azərbaycan Respublikası Mərkəzi Bankın Baş Direktoru. Kəmərli Kəndindəndir.
  • Şahin Mustafayev –(1965)– Azərbaycan Respublikası İqtisadiyyat Naziri, Tarif Şurasının sədri,Stolüstü Tennis Federasiyasının Prezidenti. Qaymaqlı kəndindəndir.
  • İsmət Qayıbovun (1941-1982) ata yurdu – Azərbaycanın ilk Baş Prokuroru. Ədliyyə general-moyoru. Sabir Qayıbovun kiçik qardaşı
  • Günəş Xudaverdiyeva (d.1941)- Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
  • Əlövsət Qocayev-(d.1956)- Azərbaycan Respublikasının ilk ABŞ-a səfər edən Bankiri.Kəmərli kəndindəndir.
  • Ceyhun Dilbazi(1967-2008)-“Planeta servis” firmasının vitse-prezidenti.
  • Musa Qocayev – (1932-1993) yazıçı, uzun müddət Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir.
  • Kamran Nəbizadə-(d.1971)-Azərbaycan Respublikasının Milli Məclisinin V çağırış deputatı.İkinci Şıxlı kəndindəndir.
  • Məmməd Namazov – Dövlət Maşınqayırma və Konversiya Komitəsinin Sədri. 1990-95-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı. Milli hərbi sənaye kompleksinin yaradıcılarından biri.
  • Hacı Vəkilovun ata yurdu – SSRİ XİN-in Bolqarıstan, ABŞ, İsveçrədə fəaliyyət göstərən diplomatı. Diplomatlar İsrafil Vəkilov (Azərbaycan Respublikasının Misirdə səfiri (1994-2004) və Azad Vəkilovun atası.
  • Cavanşir Vəkilovun (1951-2013) ata yurdu – diplomat. Azərbaycan Respublikasının Təbrizdə ilk Baş Konsulu vəzifəsini icra edən. Mehdixan Vəkilovun oğlu.
  • Eldar İsmayılov (d.1949) – Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991-1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), “Şöhrət” ordenli. Qaymaqlı kəndindəndir.
  • Həsənəli Qədimov(1942-2015)- Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), “Azərpoçt” MMC-də baş direktorun maliyyə məsələləri üzrə (2006-2015).
  • Əsəd Orucov- (Əsəd İsgəndər oğlu Orucov)- Qazax Rayon İcra Hakimiyyətinin Başçısı. Kəmərli kəndindəndir.
  • Cavanşir Carçıyev(1952-1994)- Qazax Rayon İcra başçısı.
  • Cümşüd Musayev (Cümşüd Məhəmməd oğlu Musayev) – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı.
  • Abbas Göyüşov-(Abbas Cahandar oğlu Göyüşov)- Qax Rayon İcra Hakimiyyətinin başçısı.
  • Alı Qocayev (d.1947) – Samux Rayon İcra Hakimiyyətinin başçısı.
  • Fərman Nağdalıyev- (Fərman Məhəmməd oğlu Nağdalıyev)- Qazax Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini.Qaymaqlı kəndindəndir.
  • Ramiz Göyüşov- Binəqədi Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri.
  • Məmməd Musayev (d. 1955) – iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti
  • Şahid Orucov (1960)- əməkdar mühəndis, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini.Kəmərli kəndindəndir.
  • Nadir Nəsibov- 1994- 1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Sədri. Hal hazırda Azərbaycan Respublikası Basketbol Federasiyasının Prezidentidir.Aslanbəyli Kəndindəndir.
  • Nəcəf Talıbov (1956) – Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı. Ağköynək kəndindəndir. Ulu babası Talıb Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır.
  • Şöhrət Vəkilov(1957)-Azərbaycanlı iqtisadçı, vergi mütəxəssisi, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin rəisi.
  • Xəyyam Nəsibov- Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Vitse- Prezidenti.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ictimai-siyasi fəaliyyətində və Həmkarlar İttifaqı təşkilatında aktivlik və peşəkarlıq göstərdiyinə görə ölkənin “Tərəqqi” medalı ilə təltif edilmişdir. Federasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvüdür.Aslanbəyli kəndindəndir.
  • Faiq Şamilov- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik idarəsinin rəisi polkovnik.Kəmərli kəndindəndir.
  • Həsrət Pirməmmədov-Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru baş ədliyyə müşaviri.Daş Salahlı kəndindəndir.
  • İsmayıl Qayıbov(1969)- Azərbaycan Respublikası Baş Prokurorluğu Beynəlxalq Hüquqi Əməkdaşlıq Xidmətinin rəhbəri baş ədliyyə müşaviri.İsmət Qayıbovun oğludur.
  • Seyid Eminov(1979)- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin şöbə rəisi polis polkovniki.Kəmərli kəndindəndir.
  • Fərid Orucov(1985)- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin şöbə rəisi polkovnik-leytenant.Kəmərli kəndindəndir.
  • Məqsəd Orucov- Qəbələ rayon prokuroru baş ədliyyə müşaviri.
  • Müzəffər Süleymanov- Bakı şəhər Baş Polis İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı.Kəmərli kəndindəndir.
  • İsgəndər Orucov- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi İdarə rəisinin müavini, baş ədliyyə müşaviri.Kəmərli kəndindəndir.
  • Əli Əliyev- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin rəisi, polkovnik.
  • Fariz Göyüşov- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Nizami rayon (Bakı)İdarəsinin rəisi, polkovnik.
  • Namiq İsmayılov – Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki.
  • Faiq Nuriyev- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi, polkovnik.
  • Oqtay Süleymanlı- Binəqədi rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki.Qaymaqlı kəndindəndir.
  • Tahir Orucov(1966)- Qazax rayon Polis Şöbəsinin şəxsi heyət işləri üzrə rəis müavini, Qazax rayon İmtahan Komisiyasının sədri, polis polkovnik-leytenantı.Kəmərli kəndindəndir.
  • Natiq Məşədiyev – Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki.
  • Namiq – Ağstafa Rayon Polis Şöbəsinin şəxsi heyət işləri üzrə rəis müavini, Ağstafa Rayon İmtahan Komisiyasının sədri, polis polis polkovnik-leytenantı.Yuxarı Salahlı kəndindəndir.
  • Zaur Bayramov(1965)- Nizami rayon(Bakı)Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki.
  • Rasim Nəsibov(1963)- Göyçay rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı.Aslanbəyli kəndindəndir.
  • Əli Hüseynov(1886)-müəllim.Zaqafqaziya(Qori)Müəllimlər Seminariyasının məzunu və direktoru(1923-1929).Mehdi Hüseynin atası.
  • Xəqani Qayıblı (1964)-şair, tərcüməçi, publisist, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Ugor dilləri üzrə ilk azərbaycanlı alim.
  • Abbas Nəsibov (1965) – Azərbaycan Beynəlxalq Bankın Baş direktoru. Aslanbəyli kəndindəndir.
  • Şahin Şıxlinski (1966) – Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Turkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü
  • İbrahim Rəhimov (İbrahim Molla Rəhim oğlu Rəhimov) (1849-1927) – Həkim diplomu almış ilk azərbaycanlı, ilk azərbaycanlı psixatr həkim, həkim-humanist, ictimai xadim.
  • Səməd ağa Ağamalıoğlu (1867-1930) — SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, respublikanın ilk xalq torpaq komisarı, publisist, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü.
  • Hacı Kərim Sanılı (1878-1937) Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.
  • Nigar Şıxlinskaya – (1878-1931) ilk azərbaycanlı tibb bacısı.
  • Nigar xanım Usubova – görkəmli musiqişünas-pianoçu, Konservatoriyanın prorektoru və professoru. Sergey Raxmaninovun dostu və məsləkdaşı məşhur professor, Moskva Konservatoriyasının rektoru, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Aleksandr Borisoviç Qoldenveyzerin tələbəsi. Əməkdar incəsənət xadimi. İbrahim ağa Usubovun qızı.
  • Xədicə Qayıbova – (1893-1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
  • Leyla Vəkilovanın (1927-1999) ata yurdu – SSRİ Xalq Artisti.
  • Əminə Dilbazi – (1919) baletmeyster. Azərbaycanın xalq artisti.
  • Lətifə Əliyeva (1944) — Aktrisa, Əməkdar artist (2000).
  • Gövhər Qazıyeva(1887-1960)- ilk azərbaycanlı aktirisa.
  • Qeysər Kaşıyeva(1893-1972)- ilk azərbaycanlı rəssam qadın.
  • Sabir Məmmədov (aktyor)(d.1968)- Azərbaycanlı aktyor, Azərbaycanın Əməkdar artisti.
  • Xumar Qədimova(d.1966)-Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar artisti (2017).
  • Ədalət Şükürovun-(d.1966)-ata yurdu- Azərbaycan müğənnisi.Azərbaycan Respublikasının Əməkdar artisti.Dağıstan Respublikasının Xalq artisti(2015).
  • Elmira Hüseynova – (1933-1995) heykəltəraş.
  • Baba Mahmudoğlu(1940-2006)-müğənni, Azərbaycan Respublikasının Xalq artisti(1992).
  • Kərəm Hacızadə (d.1965)- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru << Fəxri Mədəniyyət İşçisi >> döş nişanı ilə təltif olunmuşdur.
  • Arif Şıxlinski (1929-1995) – Neftçi-geoloq, Azərbaycan Respublikasının əməkdar mühəndisi.
  • Telman Nəbiyev- (1934-2012) Neftçi mühəndis.
  • Dərviş Mahmud – 19-cu əsr Azərbaycan aşığı
  • Miskin Həsən – 19-cu əsr Azərbaycan aşığı
  • Mirzə Səməd (Mirzə Səməd Həsənov) – şair, 19-cu əsr Azərbaycan aşığı
  • Aşıq Məmmədyar – (d. 1876 – ö. 1966) – Azərbaycan aşığı.
  • Aşıq Canallı Məmməd – (d. 1880 – ö. 1937) – Azərbaycanın ustad aşığı.
  • Miskin Əli Zeynallı – Azərbaycan aşığı.
  • Aşıq Avdı Qaymaqlı (d. 1909 – ö. 1988) – Məşhur Azərbaycan aşığı.[31]. Qaymaqlı kəndindəndir.
  • Aşıq Kərəm İncəli (d. 1945 – ö. 1997) — Məşhur Azərbaycan aşıqı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri, ilk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı. Aslanbəyli kəndindəndir.
  • Aşıq Dərya Məhəmməd (d. 1905 – ö. 1984) – Azərbaycan aşıqı.
  • Aşıq Cəlal Qəhrəmanov (d. 1928 – ö. 1978) — Azərbaycan aşığı. Kəmərli kəndindəndir
  • Zəkəriyyə Mehman (d. 1938 – ö. 1999) — Azərbaycanın məşhur yaradıcı aşıqı. Aslanbəyli kəndindəndir.
  • Ədalət Nəsibov – (1939) saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
  • Aşıq İlham Aslanbəyli (d. 1965) — Məşhur Azərbaycan aşıqı. Aslanbəyli kəndindəndir.
  • Tahir Musayev (1916-) — Azərbaycan aşığı.
  • Aşıq Bəhram Həsənov (1918-1991) — Azərbaycan aşığı, Qazax Müəllimlər Seminariyasının məzunu.
  • Aşıq Həsən Dərgahquliyev (1926-1991) — Azərbaycan aşığı. Kəmərli kəndindəndir.
  • Aşıq Cəfər Eyvazov (1927-1999) — Azərbaycan aşığı.
  • Aşıq Mustafa təkəli (1927-2002) — Azərbaycan aşığı.
  • Murad Novruzov (1928-2008) — Azərbaycan aşığı.
  • Aşıq Solmaz Kosayeva – Azərbaycan aşıqı.
  • Aşıq Yəhya (Yəhya Məmmədov) (d. 1931 – ö. 1994) – Aşıq. Qaymaqlı kəndindəndir.
  • Aşıq Şaiq İncəli – Azərbaycan aşıqı. Kəmərli kəndindəndir.
  • Aşıq Nazim (Nazim Əsədoğlu) – Azərbaycan aşıqı. Qaymaqlı kəndindəndir.
  • Aşıq Yaqub (1948) – Aşıq.
  • Əhməd İbrahimov (Əhməd Məmməd oğlu İbrahimov) (d. 1905 – ö. 1942) – Aşıq. Qaymaqlı kəndindəndir.
  • Aşıq Qərib İncəli — aşıq. Aslanbəyli kəndindəndir.
  • Nərminə Məmmədova (1932-1997) — Azərbaycan müğənnisi.
  • Baba Mahmudoğlu (1940-2006) – müğənni, opera solisti.
  • Süleyman Qayıbov Süleyman bəy Qayıbov- görkəmli maarifçi, pedaqoq.
  • Əhməd ağa Mustafayev- Azərbaycanın görkəmli pedaqoqu, maarif fədaisi.
  • Badisəba xanım Vəkilova (1881-) – görkəmli maarif xadimi, qadın təhsilinin təşkilatçısı, Firidun bəy Köçərlinin xanımı.
  • Sadıq Vəkilov (1899-1973) – Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori) məzunu. Tanınmış rus dili pedaqoqu.
  • Qəhrəman ağa Şıxlinski (1887-1956) — Maarifçi-pedaqoq, Lenin ordeni ilə təltif edilmişdir.
  • Mədinə Qiyasbəyli (Vəkilova) (1889-1938) – Azərbaycanın görkəmli maarif xadimi, pedaqоq, məktəbdar, jurnalist, tərcüməçi, qadın təhsilinin təşkilatçısı.
  • Rəhim bəy Şıxlinski (-1937) – Maarifçi-pedaqoq, Qori Seminariyasını bitirmişdir. 1917-20-ci illərdə Azərbaycanın İstiqlal Hərəkatında fəal iştirak etmişdir.
  • Camal ağa Dilbazi (1860-1945)- Azərbaycan şairi, 1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı.
  • Əbdülkərim ağa Qayıbov (1851-1894) – XIX əsrin görkəmli riyaziyyatçısı və münəccimi kimi elm aləmində məşhurdur.
  • Halay bəy Şıxlınski- Qazaxın qəza rəisi (1918).
  • Əli Mustafayev- Müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu 1906.Qazaxda Əsli və Kərəm, Ölülər tamaşalarını səhnəyə çıxarmışdır.
  • Kornet Rəhim ağa Dilbazov (1842)- Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir.
  • Paşa ağa Vəkilov (1826-1864)- Çar ordusunun praporşiki.
  • Mirzə Nəbi Qayıbzadə (1810-1869) Şair
  • Hüseyn bəy Şıxlinski (1886-1920) Polis məmuru.
  • Mahmud Əfəndiyev (1897)- Rota komandiri.
  • Hüseyn Paşayev (1897-?)- Rota komandiri.
  • Hacı Rəhim ağa Dilbazov(1822-1874)- Azərbaycan şairi.
  • Cahangir Qayıbov(1882-1937)-ərəbşünas.
  • Müseyib Allahverdiyev – (1909-1969), Sovet İttifaqı Qəhrəmanı.
  • Tahir İsayev “Serafino” – (1922-2001) İtaliyanın Milli Qəhrəmanı. İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. Milan şəhərinin fəxri vətəndaşıdır (1945-ci ildən).
  • Müseyib Dilbazi (1923-2011) Böyük vətən müharibəsi qəhrəmanı
  • Alı Mustafayev – (1952-1991) Azərbaycanın Milli Qəhrəmanı.
  • Aqil Musayev – (1974-1994) Azərbaycanın Milli Qəhrəmanı.
  • Mərifət Nəsibov – (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı
  • Rafiq Alıcanov – (1965-1993 Kəmərli) Azərbaycanın Milli Qəhrəmanı.
  • Şamoy Çobanov – (1965-1990) Azərbaycanın Milli Qəhrəmanı.
  • Firudin Şamoyev – (1962-1992) Azərbaycanın Milli Qəhrəmanı.
  • Bəxtiyar Allahverdiyev – (1909-1974) Sosialist Əməyi Qəhrəmanı.
  • Əsgər Eminov – (1924) Sosialist Əməyi Qəhrəmanı.
  • Cahandar Yaqubov – (1892-1967) Sosialist Əməyi Qəhrəmanı.
  • Əsmər Məmmədova – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
  • Hacımurad Murğuzov – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
  • Alı Süleymanov (1880-1959) Sosialist Əməyi Qəhrəmanı.
  • Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.
  • Məcid Şərifzadə – (1908-1995) Sosialist Əməyi Qəhrəmanı.
  • Məhəmməd Əliyev – (1910-1996) Sosialist Əməyi Qəhrəmanı.
  • İmran Mirzəyev – (1910-1983) Sosialist Əməyi Qəhrəmanı.
  • Tofiq Babanlı (1937) – Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi.
  • Firdovsi Umudov (Firdovsi Qəmnalı oğlu Umudov) (1977) — sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibi, Azərbaycan Respublikasının idman ustası, Şöhrət” Ordeni (2012), “Tərəqqi” Medalı (2016), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2015), dünyanın ən yaxşı məşqçisi (2012), Azərbaycanın ən yaxşı məşqçisi (2009, 2012, 2015), Azərbaycan Respublikasının Əməkdar məşqçisi, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi (2007-2008), sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi (2008-2016), baş məşqçisi (2016-2018), Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti (2018-ci ildən),Polkovnik-leytenant. Aslanbəyli kəndindəndir.
  • Kamal Əhmədov (məşqçi) (Kamal Məhəmməd oğlu Əhmədov) (1934) – Prezident tәqaüdçüsü, sәrbәst gülәş üzrә SSRİ idman ustası, Azәrbaycanın Әmәkdar mәşqçisi.
  • Arzuman Abdulkərimov (d.1972) – (Arzuman Səid oğlu Abdulkərimov)- Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, Azərbaycan Kinqboksinq Federasiyasının vitse-prezidenti, “Hilal” Sosial araşdırmalar İctimai Birliyinin sədri, “Hilal” mükafatının təsisçisi, “Avey” İdman klubunun sədri. Orta Salahlı kəndindəndir.
  • Sarı Əhmədov (Sarı Məhəmməd oğlu Əhmədov) (1935) – Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası
  • İsrafil Məmmədov (Pəhləvan) (İsrafil Məmməd oğlu Məmmədov) – Poverliftinq və Benç-pres növləri üzrə 7 qat Avropa, 6 qat Dünya çempionu, dünya kubokunun qalibi və rekordçusu, 39 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının idman ustası əməkdar idman ustası, Xalq pəhləvanı.
  • Ramiz Tağıyev (Ramiz Cahangir oğlu Tağıyev) – Sərbəst güləş üzrə SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Azərbaycanın fəxri bədən tərbiyə idman işçisi, Ali koteqoriyalı məşqçi-müəllim, Əməkdar məşqçi, Fəxri idman xadimi, “Qızıl qələm”, “Məmməd Araz” mükafatları laureatları, Qazağın fəxri Tağıyev Ramiz Cahangir oğludur.
  • Tariyel Nəsibov (Tariyel Əjdər oğlu Nəsibov) – Yunan-Roma güləşi üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi
  • Azər Əliyev (məşqçi) – Gənclərdən ibarət yığma komandanın məşqçisi, əməkdar məşqçi, Qazax Rayon Qol Güləşi məktəbinin yaradıcısı və məşqçisi.
  • Qazaxlı Məmmədəli (d. 1914) (ö. 1977) – Məşhur pəhləvan, Yunan-Roma güləşi üzrə SSRİ çempionu, xeyriyyəçi, əməkdar incəsənət xadimi.
  • Təbriz Həsənov (futbolçu) – keçmiş azərbaycanlı futbolçu, Azərbaycan U-19 milli futbol komandasının baş məşqçisi (2016-2017).
  • Orxan Vəliyev (1993 Yuxarı Salahlı) – Professional qaydasız döyüşçü, V.K.B.S-dən dünya çempionatının qalibi (2013), qızıl kəmər sahibi (2013), BJJ (Braziliski JİU Jutsu) üzrə beynəlxalq yarışın qalibi, MMA-Qaydasız döyüş üzrə dünya çempionu (2015).
  • Səməd Qurbanov (1953) — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. “Neftçi”nin tarixində xüsusi iz buraxıb. “Jiquli” ləqəbiylə tanınıb.
  • Faiq Babanlı (1977) – Uzun müddət güləş və qaydasız döyüş idman növləri ilə məşğul olan dünya şöhrətli azərbaycanlı ovçu. Dünyanın müxtəlif ölkələrində balıq və quş növlərindən tutmuş timsah, pələng, şir, leopard, filə kimi saysız-hesabsız heyvanlar ovlamışdır.
  • Elmar Babanlı (1982) – “Neftçi İdman Klubu” İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, cüdo üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycan Cüdo Federasiyasının baş katibi.
  • Samir Məmmədov (Samir Aydın oğlu Məmmədov) (1985) – boks üzrә dünya vә Avropa çempionatlarının mükafatçısı
  • Tural Əliyev (zorxana ustası) (Tural Məhəmməd oğlu Əliyev) (d. 1986) — sərbəst güləşçi, Zorxana və pəhləvan güləşi üzrə dünya və Avropa çempionu, Azərbaycanlı zorxana ustası; sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi; beynəlxalq dərəcəli hakim; Azərbaycan Respublikasının idman ustası; Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi[32], IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı. Aslanbəyli kəndindəndir.
  • Azad Əzizov (Azad Nazim oğlu Əzizov) (1983) – Peşәkar boks üzrә boks üzrә dördqat dünya, Avropa çempionu, 2009-cu ildə peşəkar boks üzrə ilk rəsmi kəmər qazanmış azərbaycanlı kimi tarixə düşüb.
  • Elnur Eminov (Elnur Paşa oğlu Eminov) – Poverliftinq üzrә dünya vә Avropa çempionu, Azәrbaycan Respublikasının idman ustası
  • Həsən Əliyev (güləşçi) (1989) — Azərbaycanlı yunan-roma güləşçisidir. 2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısı, Avropa Çempionatının 1 qat qızıl, 1 qat gümüş və 4 qat bürünc medalçısıdır. 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının bürünc medalçısıdır.
  • Musa Musayev (karateçi) (Musa Əli oğlu Musayev) (1992) – Karate Do üzrә Dünya kubokunun qalibi.
  • Elvin Yuniszadə (Elvin Qərib oğlu Yuniszadə) (1992) – futbolçu, Qarabağ FK-nın müdafiəçisi.
  • Nicat Rəhimov (d.1993)- Qazaxıstanı təmsil edən Azərbaycan əsilli ağır atlet.2010-cu ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının, 2016-cı ildə isə XXXI Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
  • Xəqan Süleymanov (Xəqan Cavanşir oğlu Süleymanov) – Sərbəst güləş üzrə Dünya kubokunun qalibi və mükafatçısı, Azərbaycan Respublikasının idman ustası
  • Mahir Əmiraslanov (Mahir İlqar oğlu Əmiraslanov) – Sərbəst güləş üzrə gənclər arasında dünya çempionu.
  • Zahid Mirzəyev (Zahid Vahid oğlu Mirzəyev) – Sərbəst güləş üzrə Avropa və dünya birinciliyi mükafatçısı.
  • Qismət Vəkilov (Qismət Səxavət oğlu Vəkilov) (1994) – Qol güləşi üzrə yeniyetmələr və gənclər kateqoriyalarında 8 qat Avropa, 5 qat dünya çempionu, Azәrbaycan Respublikasının idman ustası.
  • Nemət Vəkilov (Nemət Səxavət oğlu Vəkilov) – Qol güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya və Avropa çempionatlarının qalibi. Dünya çempionu Qismət Vəkilovun qardaşıdır.
  • Əfqan Xaşalov (Əfqan Kamil oğlu Xaşalov) (1997 Yuxarı Salahlı) – Sərbəst güləş üzrə Avropa çempionu, 2015-ci ildə Dağıstanda “ən yaxşı texnikalı güləşçi” nominasiyasında kubokla təltif edilib. 2016-cı ildə Fransanın Makon şəhərində dünya çempionu olmuşdur.
  • Ramazan Rüstəmov – Qol güləşi üzrə 2 qat avropa çempionu, dünya çempionu.
  • Osman Osmanlı – (2013-2014) Avropa çempionu. Qaymaqlı kəndindəndi
  • Kamal Axundov (güləşçi) – (1967) Güləşçi, SSRİ idman ustası, Kinq-Boks Federasiyasının vitse-prezidenti, Polkovnik-leytenant. Kəmərli kəndindəndir.